Bu razılaşma Dərstap platformasından istifadə edən müəllimlər, valideynlər və tələbələr üçün qüvvədədir. Sayta daxil olmaqla və ya qeydiyyatdan keçməklə bu şərtləri qəbul etmiş sayılırsınız.
1. Xidmətin təsviri
Dərstap müəllim və repetitorların profillərini yerləşdirdiyi, valideyn və tələbələrin isə axtarış və filter vasitəsilə müəllim tapıb birbaşa əlaqə saxladığı kataloq platformasıdır. Platforma dərsin təşkili, keyfiyyəti və ödənişlərin icrasında vasitəçi deyil.
2. Müəllim öhdəlikləri
Müəllim profilində təqdim etdiyi məlumatların doğru olmasına, telefon və əlaqə məlumatlarının aktual qalmasına, təqdim olunan sənədlərin özünə aid olmasına görə məsuliyyət daşıyır. Saxta məlumat, spam və ya qanunlara zidd fəaliyyət aşkar edildikdə profil bloklana və ya silinə bilər.
3. Ziyarətçi öhdəlikləri
Valideyn və tələbələr platformadan yalnız qanuni məqsədlərlə istifadə etməlidir. Müəllimlərin şəxsi məlumatlarını toplamaq, avtomatlaşdırılmış sistemlərlə çıxarmaq və ya kommersiya məqsədilə paylaşmaq qadağandır.
4. Ödənişlər
VIP, verified nişanı və irəli çək kimi ödənişli xidmətlər manual ödəniş modeli ilə həyata keçirilir. Ödəniş qaydaları ayrıca sənəddə təsvir olunub.
5. Dəyişikliklər
Dərstap bu razılaşmada dəyişiklik etmək hüququnu özündə saxlayır. Dəyişikliklər saytda dərc edildikdən sonra qüvvəyə minir.