Dərstap müəllimlərə öz profillərini yaradıb valideyn və tələbələrlə birbaşa əlaqə qurmaq imkanı verir. Aşağıdakı məsuliyyətlər müəllimə aiddir.
1. Dəqiq məlumat
Profildə göstərilən ad, fənn, qiymət, təcrübə, coğrafi məlumat və əlaqə vasitələri doğru və aktual olmalıdır.
2. Dərs keyfiyyəti
Dərsin məzmunu, metodu, vaxtı və qiyməti birbaşa müəllim ilə tələbə/valideyn arasında razılaşdırılır. Dərstap dərsin keyfiyyətinə görə məsuliyyət daşımır.
3. Verified sənədlər
Təsdiq üçün yüklənən diplom və ya sertifikat müəllimin özünə aid olmalıdır. Saxta və ya uyğunsuz sənəd verified müraciətinin rədd edilməsinə və profilin bloklanmasına səbəb ola bilər.
4. Əlaqə və davranış
Müəllim valideyn və tələbələrlə peşəkar və hörmətli ünsiyyət saxlamalıdır. Təhqiredici, qanunsuz və ya aldadıcı davranış platforma qaydalarının pozulması hesab edilir.